Türkiyənin U-21 yığmasının üzvü Furkan Demir Avstriya millisinə cəlb edilə bilər.
Sportal.az Avstriya mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı futbolçuya Avstriya Futbol Federesiyasından təklif gəlib.
Vyanada dünyaya gəlmiş Furkan hazırda “Rapid”(Vyana) klubunda çıxış edir.
Avstriya yığmasının baş məşqçisi Ralf Rankik artıq uzun müddətdir ki, Demiri izləyir və onu sərəncamında görməyi planlaşdırır.
Furkanın hansı qərarı verəcəyini zaman göstərəcək.