"İmişli"yə qarşı görüş çətin alındı. Rəqibimiz yaxşı komandadır. Müdafiədə də yaxşı oynadıqlarını bilirdik. Hətta onlara qol vurmağın çətin olduğunu da yaxşı dərk edirdik. Hər halda, biz layiqli qalibiyyət əldə etdik".
Bu sözləri "Araz-Naxçıvan"ın müdafiəçisi Slavik Alxasov Sportal.az saytına açıqlamasında deyib.
Naxçıvan təmsilçisi Misli Premyer Liqasında 7 turdan sonra 14 xalla turnir cədvəlində 2-ci pillədədir.
Alxasov, komandasının bu mövsüm Premyer Liqadakı çıxışı dəyərləndirib:
"Bu mövsüm çempionatda "Qarabağ"a məğlub olmuşuq. Qalan görüşlərdə məğlubiyyətimiz yoxdur. Bu mövsüm Premyer Liqadakı çıxışımızı normal dəyərləndirirəm. Əlbəttə ki, dayanmırıq, işləməyə davam edirik. Qarşıdakı turlarda da uğurlu nəticələr üçün oynayacağıq".