Noyerdən gələcəyi ilə bağlı açıqlama

16:33 - 4 Noyabr 2025

“Bavariya”nın qapıçısı Manuel Noyer gələn ilin yayında başa çatacaq müqaviləsi barədə fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, 39 yaşlı qolkiper klubla yeni sözləşmə ilə bağlı danışıqlara başlayacağını bildirib:

“Bu məsələdə sakitəm. Ən vacibi komandanın gördüyü işdir. Hələlik deyəcək bir şeyim yoxdur. Heç olmasa qışı gözləmək lazımdır. O zaman danışıqlara başlaya bilərik”.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən Bundesliqa nəhənginin şərəfini qoruyur. Almaniyalı "əlcək sahibi" bu mövsüm Münheen təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti