"Bavariya" millinin üzvünü başqa kluba buraxmayacaq

14:47 - 5 Noyabr 2025

"Bavariya"nın futbolçusu Konrad Laymer Münhen klubunu tərk etməyəcək.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Onun müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər artırıla bilər. Tərəflər arasında ilkin razılıq əldə olunub.

Avstriya millisinin üzvü "Liferinq", “Zaltsburq”, “Leyptsiq” klublarında oynamış Laymer 2023-cü ildə “Bavariya”ya keçib.
 

Xəbər xətti