AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində

10:17 - 5 Dekabr 2025

Bu gün ABŞ-nin paytaxtı Vaşinqtonda dünya çempionatı - 2026-nın püşkü atılacaq.

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf püşkatma mərasimində iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatı 2026-cı ilin 11 iyun – 19 iyul tarixləri aralığında ABŞ, Kanada və Meksikada təşkil olunacaq.

Xəbər xətti