"Sabah"a kubok qazandıran məşqçi bu klubla danışıq aparır

10:34 - 5 Dekabr 2025

Ötən mövsüm "Sabah"a ölkə kubokunu qazandıran Vasili Berezutskinin işsiz günləri başa çatmağa yaxındır.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssisə "Ural"dan təklif gəlib.

Hazırda birinci divizionda 2-ci pillədə olan Yekaterinburq təmsilçisi Berezutski ilə ilkin razılıq əldə edib.

Yaxın günlərdə onun rəsmi təyinatı gözlənilir.

Xəbər xətti