"Karvan-Yevlax"ın futbolçusu Vadim Abdullayev Sportal.az saytına açıqlama verib. Bölgə klubunun futbolçusu komandasının Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ"la(3:0) görüşündəki məğlubiyyətinə şərh verib:
"Biz hamımız başa düşürdük ki, hansı rəqiblər oynayacağıq. Amma yenə də çalışırdıq ki, idmançıya yaraşan şəkildə, sona qədər "Qarabağ"a qarşı mübarizə aparaq. Gücümüz çatmadı, keyfiyyət göz qabağındadır. "Qarabağ"ın təzyiqi ilk dəqiqədən sona qədər hiss edilir. Dəqiqələr keçdikcə bizdə konsentrasiya itir, dinamika aşağı düşür. Çünki çox qaçırıq, yoruluruq. Həmin anlar çətin olur. "Qarabağ"ın futbolçuları da usta futbolçulardır. Hər an keyfiyyətini ortaya qoya bilir".
O, komandasının baş məşqçi postundakı dəyişikliyinə də münasibət bildirib: "Füzuli Məmmədov xarakterli məşqçidir, çalışır onu bizə keçirsin. Çox istəkli, savadlıdır. İnanıram ki, qarşıdakı vaxtda onunla yaxşı günlərimiz olacaq. İndiki durumda bizim üçün vəziyyət ürəkaçan deyil. Lakin bu, bizi sındırmamalıdır, əksinə daha da birləşməliyik ki, çətin vəziyyətdən birlikdə çıxacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
