"Mançester Yunayted” və "Tottenhem" 19 yaşlı futbolçunu istəyir

14:18 - 26 Dekabr 2025

"Mançester Yunayted" "Leyptsiq" və Fil Dişi Sahilinin 19 yaşlı vingeri Yan Diomande ilə maraqlanır.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"la yanaşı "Tottenhem" də afrikalını transfer etməyi planlaşdırır.

Hazırda Diomande üçün "Leyptsiq"ə çox sayda təkliflər gəlib.

Əvvəllər "Liverpul", "Mançester Siti", "Çelsi" və digər klublar da onu izləyib.

Bu mövsüm Diomande Almaniya Bundesliqasında 14 oyun keçirib və 6 qol vurub. Yanın alman klubu ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Futbolçunun bazar dəyəri 45 milyon avrodur. O, 2025-ci ildə "Leqanes"dən "Leyptsiq"ə keçib.

Xəbər xətti