Futbol üzrə Azərbaycan II Liqasında XIV tura yekun vurulub.
Sportal.az xəbər verir ki, doğma meydanda "Dinamo"nu qəbul edən "Göygöl" 4:3 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Dinamo" 13 xalla 8-ci, "Göygöl" isə 10 xalla 9-cu pillədə qərarlaşıb.
II Liqa, XIV tur
"Göygöl" - "Dinamo" 4:3
Qollar: Z.Məmmədov, 20, 22, 47, 64 - X.Qocayev, 43, V.Seyidov, 61 (pen), 76
