Belçika klubu "Qarabağ"ın 1,2 milyon avroluq təklifini qəbul etmədi

15:30 - 23 Dekabr 2025

"Lyej"də çıxış edən Umar Diuf bir çox klubun transfer siyahısına düşüb.

Sportal.az xəbər verir ki, yerli klublardan “Gent”, “Sent-Trüden”, OHL və “Serkl Brügge” seneqalları forvardı transfer etmək istəyir. Bu barədə "Walfoot" nəşri məlumat  yayıb.

Xaricdə isə “Qarabağ”, Kiprin “Pafos” klubu və adı açıqlanmayan İngiltərə Çempionşip təmsilçisi onunla maraqlanır.

"Lyej" 22 yaşlı hücumçu üçün 1–1,5 milyon avro aralığında məbləğ tələb edir. Bu yaxınlarda “Qarabağ”ın 1,2 milyon avroluq təklifi klub tərəfindən rədd edilib.

Qeyd edək ki, Umar Diuf bu mövsüm Belçika II Liqa təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulub.

Xəbər xətti