İsrail Premyer Liqasının XI turu çərçivəsində növbəti qarşılaşmalar baş tutub.
Sportal.az xəbər verir ki, millimizin üzvü Rüfət Abdullazadənin çıxış etdiyi “Kiryat Şimona” səfərdə “Hapoel Ramat Qan”la üz-üzə gəlib.
Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Qarşılaşmanın taleyini 3-cü dəqiqədə Kristofer Bonifeysin vurduğu qol həll edib.
Azərbaycanlı yarımmüdafiəçi matçın 46-cı dəqiqəsində meydana buraxılıb.
Bu nəticədən sonra 7 xalı olan “Kiryat Şimona” turnir cədvəlinin sonuncu – 14-cü pilləsində yer alır.

