"Neftçi"nin qapıçısı Polşa və Türkiyə klublarının hədəfində

15:17 - 22 Dekabr 2025

"Neftçi"nin qapıçısı Kenan Piriç yanvar ayında komandadan ayrıla bilər.

Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı qolkiperə Türkiyə və Polşa klublarının marağı var. Bu barədə jurnalist Rudi Qaletti məlumat yayıb.

Polşanın “Vidzev” klubu Piriçə maraq göstərənlər arasındadır. Lodz təmsilçisi qapı xəttini gücləndirməyi planlaşdırır və 31 yaşlı "əlcək sahibi"nə gələcək üçün etibarlı variant kimi baxır.

Türkiyənin iki klubu da "Neftçi"nin futbolçusunu transfer etmək istəyir. Bunlar "Qaziantep" və onun sabiq klubu "Antalyaspor"dur.

Xəbərdə qeyd olunub ki, Piriçin “Neftçi” ilə müqaviləsi 2027-ci ilin iyununa qədər qüvvədə olsa da, təxminən 300 min avro məbləğində təklif daxil olacağı təqdirdə Azərbaycan klubu danışıqlara açıq ola bilər. 

Qeyd edək ki, Kenan Piriç mövsümün əvvəlindən Bakı klubunda çıxış edir. Təcrübəli qapıçı "ağ-qaralar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 18 qol buraxıb. O, 6 qarşılaşmada qapsını toxunulmaz saxlamağı bacarıb.

Xəbər xətti