Bu gün Misli Premyer Liqasında 2025-ci ilin son matçı baş tutacaq.
Sportal.az xəbər verir ki, XVI turun sonuncu matçında "Sabah" "Sumqayıt"ın qonağı olacaq.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna 19:30-da start veriləcək.
"Sabah" qalib gələcəyi təqdirdə, ili 37 xalla lider başa vuracaq.
Misli Premyer Liqası
I dövrə
XVI tur
22 dekabr
19:30. "Sumqayıt" – "Sabah"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə.
saytlarin hazirlanmasi
