Litvada eyni komandada oynamış braziliyalı və nigeriyalı futbolçular Azərbaycanda görüşdü   - FOTO

13:33 - 22 Dekabr 2025

Misli Premyer Liqasının 16-cı turunda “Turan Tovuz” “Kəpəz”lə görüş üçün Yevlaxa səfər edib.

Matçdan sonra “Turan Tovuz”un futbolçusu Aleks Souza “Karvan-Yevlax”ın oyunçuları – Qavi Tompson və Kayl Spenslə görüşüb. 

Sportal.az xəbər verir ki, hər üç futbolçu vaxtı ilə Litvanın “Hegelmann” klubunda komanda yoldaşı olub.

Tompson və Aleks 2024-cü ilə qədər “Hegelmann”da oynayıbsa, Aleks Souza 2021-ci ildə də Kayls Spenslə birlikdə Litva klubunda çıxış edib.

Mirbağırağa
 

Xəbər xətti