"Millinin düşərgəsində axşamlar loto oynayırdıq" - Rəşad Abdullayev

10:45 - 22 Dekabr 2025

Sosial şəbəkələrdə milli komandamızın futbolçularının loto oynadığı görüntülər paylaşılır. 20 il əvvələ aid video olsa da, həmin dövrdə yaşananlarla bağlı yığmamızın sabiq futbolçusu Rəşad Abdullayevdən maraqlandıq.

Sportal.az saytına açıqlama verən Abdullayev həmin vaxtı belə xatırladı:

"Miılinin baş məşqçisi Karlos Alberto Torres idi. Cavan uşaq idim. Milliyə ilk dəfə məni o çağırmışdı. Sosial şəbəkələrdə həmin görüntülər mənim də qabağıma çıxıb. Bəli, millinin düşərgəsində axşamlar loto oynayırdıq. 

Torres bizimlə müqayisədə fərqli baxışlara malik, başqa mentalitetin adamı idi. Çətin oyunlar ərəfəsində və ağır məşqlərdən sonra loto oynayırdıq. Braziliyalı mütəxəssis düşünürdü ki, bununla futbolçulara rahatlıq verir, əhval-ruhiyyəni qaldırır. Açığı, yerli məşqçilər buna heç vaxt imkan verməzdilər. Amma Torresin öz yanaşması var idi.

Mən onu çox pozitiv insan kimi xatırlayıram. Bir xeyli yeniliklər gətirmişdi milli komandaya. Bakıda Polşaya məğlubiyyətdən sonra istefa verdi. Amma yığmada işlədiyi dönəmdə fərqli yanaşmalar ortaya qoydu"

Xəbər xətti