"Tez ya gec, mənim 75 və ya 76 yaşım olanda, gedəcəyəm" - Qvardiola

23:09 - 19 Dekabr 2025

Pep Qvardiola “Mançester Siti”dən mümkün ayrılıq mövzusunda danışıb.

Sportal.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi öz açıqlamasında maraqlı fikirlər səsləndirib:

“Son üç-dörd ildə müəyyən dövrlərdə hər dəfə kimsə mənə bu mövzuda sual verir. Tez ya gec, mənim 75 və ya 76 yaşım olanda, "Mançester Siti"dən ayrılacağam!

Bu dünyada heç birimiz əbədi deyilik, amma hazırda bu barədə heç bir söhbət getmir. Nə olacaqsa, olacaq və klub hər şeyə hazır olmalıdır."

Xəbər xətti