Avropa klub yarışlarının son oyunları ölkənin UEFA reytinqindəki mövqeyinə təsir göstərib.
Sportal.az xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb.
Slovakiya Azərbaycandan bir pillə yuxarıdadır(22.375), Bolqarıstan isə 29-cu pillədədir (19.875).
Azərbaycan Avropa mövsümünə 17.125 xalla başlayıb. Hazırda ölkədən yalnız bir klub - "Qarabağ” Avropa yarışlarında mübarizəsini davam etdirir.
