Argentinalı müdafiəçi "Beşiktaş"ın hədəfində

20:55 - 19 Dekabr 2025

"Baiya"nın müdafiəçisi Santiaqo Ramos Minqo karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" argentinalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Diario Sport" nəşri məlumat yayıb.

Minqo İstanbul nəhənginin müdafiə xətti üçün əsas namizədidir. "Qara qartallar" 24 yaşlı mərkəz müdafiəçisi üçün yaxın zamanda Braziliya klubu ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Santiaqo Ramos Minqo başa çatan mövsümdə "Baiya"nın heyətində 57 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi 2029-cu ilin yanvar ayına kimidir.

Xəbər xətti