"Şəfa"dən növbəti qələbə - VİDEO

18:13 - 19 Dekabr 2025

Futbol üzrə Azərbaycan I Liqasında XI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, lider "Şəfa" Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda "Cəbrayıl"ın qonağı olub. Qarşılaşma paytaxt təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 27-yə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 12 xalıolan "Cəbrayıl" isə 7-ci yerdədir.

"Cəbrayıl" - "Şəfa" 0:1
Qol:
 V.Həsənov, 38

Xəbər xətti