"Mançester Yunayted" bu futbolçuya yeni müqavilə təklif etməyəcək

09:48 - 18 Dekabr 2025

"Mançester Yunayted" mövsümün sonunda Harri Maquayra yeni müqavilə təklif etməyəcək.

Sportal.az “The Mirror”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ruben Amorim ingilis futbolçunu sərəncamında görmək istəmir.

Buna görə də, klub onunla işbirliyinə davam etmək niyyətində deyil.

2019-cu ildən “Mançester Yunayted”in formasını geyinən Harri “Lester”, “Hall Siti”, “Viqan”, “Şeffild Yunayted” klublarının formasını geyinib.
 

Xəbər xətti