Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atıldı

12:34 - 16 Dekabr 2025

Azərbaycan Premyer Liqasında 18 ildən sonra ilkə imza atılıb.

Sportal.az xəbər verir ki, Premyer Liqanın 15 turundan sonra yalnız bir komanda heç-heçə etməyib. "Kəpəz" mövsümün startında ardıcıl 15 görüşü "sülh"süz başa vurub. Gəncə klubu 3 qələbə qazanıb və 12 dəfə uduzub.

Bu, turnirin tarixində 14-cü belə hadisədir. Çempionatdan çıxdığı üçün bütün görüşlərdə texniki məğlubiyyət alan "Gənclik" klubu nəzərə alınmasa, bunadək 13 komanda ilk 15 matçı heç-heçəsiz keçib. Sonuncu belə seriya 18 il əvvəl - 2007/2008 mövsümündə qeydə alınıb. "Gənclərbirliyi" "sülhsevməzlik" nümayiş etdirib.

Qeyd edək ki, ilk belə seriyaya 1992-ci ildə "Neftçi" imza atıb – 14 qələbə, 1 məğlubiyyət.

Xəbər xətti