Zinəddin Zidan 2006-cı il mundialının finalında vurduğu "panenka" penaltisini xatırlayıb.
Sportal.az xəbər verir ki, söhbət 2006-cı il dünya çempionatının Finalında İtaliyaya qarşı oyundan gedir (1:1, pen. 3:5). Zidan 7-ci dəqiqədə 11 metrlik zərbəni tora göndərmişdi. Qapıda isə Canluici Buffon dayanmışdı.
“Bu qeyri-adi üsuldur. Amma qarşı tərəfdə Cici Buffon var idi. O, məni çox yaxşı tanıyır, mən də onu. Onu təəccübləndirməli idim və topu götürən kimi nə edəcəyimi bilirdim. Adətən penaltiləri sağ ayağımla sol küncə vururdum. Bu dəfə ayağımı göstərmədim.
Finalda Buffon dərhal sağa tullandı. Öz-özümə dedim ki, yeni nəsə etməliyəm, ona qarşı addım atmalıyam. Qaçırsaydım belə, bunun fərqi olmazdı – vaxt hələ var idi. Etdiyimdən razıyam. Ümumiyyətlə, hər şeyi instinktiv, ürəklə edirdim, hesablamırdım. Futbolu gözəl edən də budur. Yaratmaq üçün spontan olmalısan. İnsanlara çılğınlıq, kreativlik xoş gəlir. Uğursuz olursan ya da uğur qazanırsan, fərqi yoxdur. Əsas odur ki, emosiyalar yaradasan”, – deyə Zidan bildirib.
saytlarin hazirlanmasi
