"Real"ın prezidenti Florentino Peres UEFA Çempionlar Liqası 1/4 final mərhələsinin "Bavariya" ilə cavab oyunundan (3:4) sonra paltardəyişmə otağına gedərək futbolçularla yüksək tonla danışıb.
Sportal.az xəbər verir ki, "kral klubu"nun rəhbəri bəzi futbolçuların öhdəlikləri yerinə yetirmədiyini bildirib:
"Real"da bir il titulsuz qalmaq uğursuzluqdur, iki il isə yolverilməzdir. Göstərdiyiniz səylərə görə sizə təşəkkür edirəm. Lakin bu mövsüm əsl məyusluqdur. "Real"da oynamaq böyük imtiyazdır. Bu, çoxsaylı öhdəliklər tələb edir. Aranızda bir çoxunuz bu öhdəlikləri yerinə yetirmədiniz. Heç olmasa, İspaniya çempionatını ləyaqətlə başa vurun"
Qeyd olunur ki, Peres emosional çıxışından əvvəl Münhen klubuna qarşı oyunda dubl edən Arda Gülerdən otağı tərk etməsini xahiş edib.
"Real" ardıcıl ikinci ildir ki, Çempionlar Liqasının 1/4 final mərhələsini keçə bilmir. Madridlilər ötən mövsüm bu mərhələdə "Arsenal"a (0:3, 1:2) uduzmuşdular.
saytlarin hazirlanmasi
