“Qarabağ“ Türkiyə klubuna məxsus legioner üçün hərəkətə keçdi - SON DƏQİQƏ

15:20 - 15 Aprel 2026

“Sabah”ın ötən ilin avqustunda sıralarına qatdığı Velko Simiç “Qarabağ“ın yeni transfer siyahısında yer alıb.

Sportal.az Sportinfo.az-a istinadən xəbə verir ki, Ağdam klubu hücumameyilli yarımmüdafiəçi ilə yaxından maraqlanır.

“Köhlən atlar“a yaxın menecerlər serbiyalının müqavilə ilə bağlı “Sivasspor” ilə əlaqə saxlayıb. Onlar Türkiyə klubunun nümayəndələrindən balkanlı legionerin transfer qiymətini öyrəniblər.

“Bayquşlar“ın birillik icarəyə götürdüyü Simiç Premyer Liqanın geridə qalan bölümündə 11 qola imza atıb.

O, bu göstəriciylə bombardirlər yarışmasındas ikinci yerdə gedir və yalnız komanda yoldaşı Coy-Lenis Mikelsdən geri qalır.

“Sabah”da 21 nömrəli formada çıxış edən Velko cari mövsümün ən üzdə olan legionerlərindəndir. Valdas Dambrauskas “Omoniya“dan yaxşı tanıdığı orta sahə oyunçusunu bura gətirməklə komandanın gücünə əməlli güc qatıb.

Simiç karyerası ərzində “Sivasspor”la yanaşı, Serbiyanın “Srvena Zvezda” (2012-2013, 2018-2021), “Zemun” (2018), “Voyvodina” (2021-2023), İsveçrənin “Bazel” (2013-2017), “Şaffhauzen” (2016), “Kyasso” (2016-2017), “Vintertur” (2017), Sloveniyanın “Domjale” (2014-2015) və Kiprin “Omoniya” (2023-2025) klublarında çıxış edib.

Serbiyanın müxtəlif yaş qruplarından ibarət yığmalarının və əsas millinin üzvü olub.

Xəbər xətti