Millinin sabiq hücumçusu Ramil Şeydayevin "Qarabağ"ı tərk edəcəyi dəqiqləşib.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, bu mövsüm üçüncü dəfə Ağdam klubuna dönmüş, lakin əsas heyətə düşməyə çətinlik çəkən forvardla müqavilənin müddəti uzadılmayacaq.
30 yaşlı ön xətt oyunçusu Qurban Qurbanovun onunla bağlı nə düşünməsindən xəbərdardır.
Bir ildən artıqdır ölkənin əsas yığmasına dəvət almayan Şeydayev "Qarabağ"dan getsə də, Premyer Liqada qala bilər.
Ona yeni müştəri çıxan var. Hazırda I Liqada turnir cədvəlinə başçılıq edən, elitaya vəsiqə qazanmağın biraddımlığında olan "Şəfa" adıçəkilən hücumçunun xidmətində maraqlıdır.
Paytaxt təmsilçisi Premyer Liqada legionerlərdən istifadə etməyi düşünmür. Bu, klubun sponsorlarının qərarıdır.
"Şəfa"nın heyətinin yalnız yerlilərdən formalaşdırılmasının tərəfdarıdırlar. Müvafiq göstəriş veriblər - planlar yalnız bu istiqaəmtdə qurulmalıdır.
"Şəfa"nın nümayəndələri artıq bir neçə azərbaycanlı oyunçu ilə görüşüb. "Araz-Naxçıvan"ın müdafiəçisi Rahil Məmmədov da onların arasındadır.
"Neftçi"nin yetirməsi "ağ-göylər"dən aylıq 20 min manat maaş tələb edib.
saytlarin hazirlanmasi
