"Liverpul"un futbolçusu: "Geridönüş etmək üçün meydanda ölməyə də hazıram"

11:58 - 14 Aprel 2026

"Liverpul"un yarımmüdafiəçisi Dominik Şoboslai UEFA Çempionlar Liqasının 1 /4 finalının PSJ ilə keçiriləcək cavab oyunu ilə bağlı gözləntilərini bölüşüb.

Sportal.az “BBC”yə istinadən xəbər verir ki, macar futbolçu bu gün baş tutacaq matçda geri dönüş etməyə çalışacaqlarını bildirib:

"İlk dəqiqədən sona qədər əlimizdə olan hər şeyi, və lazım gələrsə, daha çoxunu - verəcəyik. Bu gün geridönüş etmək üçün hətta meydanda ölməyə də hazıram. Bu, mənim üçün çox vacibdir, çünki bu matç üçün çox çalışmışıq. "Enfild"də oynamaq gözlənilməzdir, hər şey baş verə bilər. Bu matç birincidən tamamilə fərqli olacaq və taktikamız da dəyişəcək. Əsas məqsədimiz əlimizdə olan hər şeyi verməkdir. Oyunun sonunda hər kəs əlindən gələni etdiyini əminliklə deyə bilsə, demək ki, istədiyimizi edə bilmişik, əhval-ruhiyyəmizin yüksək qalmasına kömək olacaq. Hər kəs öz töhfəsini verərsə, bizim üçün yeni, əhəmiyyətli imkanlar açılacaq".

Qeyd edək ki, "Liverpul" ilk matçda PSJ-yə 0:2 uduzub. Bu gün isə Bakı vaxtı ilə 23:00-da tərəflər arasında cavab matçı baş tutacaq.

Xəbər xətti