İngiltərə millisinin keçmiş hücumçusu Peter Krauç bildirib ki, “Bavariya”nın hücumçusu Harri Keyn 2026-cı il "Qızıl top" mükafatına əsas namizəddir.
Sportal.az xəbər verir ki, Krauç 33 yaşlı hücumçunun bu mövsümki müstəsna performansını vurğulayıb. O, həmyerlisinin "Bavariya"dakı çıxışı barədə bunları deyib:
"Harri 40 oyunda təxminən 49 qol vurub. Bu inanılmazdır, elə deyilmi? Deyə bilərsiniz ki, Bundesliqa o qədər də güclü deyil, amma mən Madriddəki matçı izlədim və onlar sadəcə rəqiblərini darmadağın etdilər. Keyn "Qızıl top"a namizəd ola bilər".
Qeyd edək ki, “Bavariya” Çempionlar Liqasının 1 /4 finalının ilk görüşündə “Real”ı səfərdə 2:1 məğlub edib. Qollardan birini də Harri Keyn vurub. İngilis forvard 46 rəsmi matçda 52 qol və altı məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
