Deko Kriştiano Ronaldonun peşəkarlığını və xarakterini yüksək qiymətləndirib.
Sportal.az xəbər verir ki,Portuqaliya millisinin sabiq futbolçusu öz açıqlamasında bunları qeyd edib:
“Kristiano həmişə belə olub, ambisiyaları, öyrənmək və daha yaxşı olmaq istəyi heç vaxt dəyişməyib. O, daim bunun üçün çalışırdı: hamıdan tez məşqə gəlirdi, hamıdan çox işləyirdi, məşqdən sonra qalaraq cərimə zərbələri üzərində işləyirdi, daim inkişaf etmək istəyirdi. Düşünürəm ki, bu yanaşmanı heç vaxt dəyişməyəcək.
Belə mental gücə malik başqa bir idmançı yoxdur. Mənim üçün o, özünü inkişaf etdirməyə hamıdan çox aludə olan insan idi. Məhz bu xüsusiyyət onu tarixdə ən böyüklərdən birinə çevirdi."
saytlarin hazirlanmasi
