"Atletiko" Xulian Alvaresin mümkün "Barselona" transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, bundan əvvəl Kataloniya klubunun hücumçunu yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi deyilirdi.
“Futbolçu satılmır. Klub oyunçu ilə bağlı heç bir təklif almayıb və heç bir görüş keçirməyib. Aylarla davam edən yalanlardan, yarımhəqiqətlərdən və uydurma hekayələrdən bezmişik. Məsələn, Alvaresin Barselonada ev alması və ya futbolçularımıza verilən absurd suallar kimi xəbərlərdən.
Oyunçunun bunda günahı yoxdur. Xulian özünü qüsursuz aparıb, problem kənar amillərdədir”, – deyə Madrid klubundakı mənbələr bildiriblər.
saytlarin hazirlanmasi
