Ronaldo və Roberto Karlosdan Peresə dəstək

23:33 - 27 May 2026

Ronaldo və Roberto Karlos Florentino Peresin "Real" prezidentliyinə namizədliyinin təqdimatında iştirak ediblər.

Sportal.az xəbər verir ki, “Real"ın keçmiş futbolçuları klubun hazırkı prezidentinin çıxışından sonra səhnəyə qalxaraq zalda alqışlarla qarşılanıblar.

Braziliya millisinin sabiq forvardı olan Ronaldo söz alaraq Florentino Peresə dəstək ifadə edib: “Prezident, sən ən yaxşısan və həmişə də ən yaxşı olacaqsan”.

Bu sözlər zalda gülüş doğurub, o cümlədən Peresin özündə də. O, daha sonra Roberto Karlosu da nəsə deməyə təşviq etməyə çalışsa da, keçmiş müdafiəçi çıxış etməməyi seçib.

Xəbər xətti