Dünya çempionatından sonra ərəb klubuna keçə bilər

13:47 - 26 May 2026

Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger dünya çempionatından sonra klub karyerasında dəyişiklik etməyi planlaşdırır.

Sportal.az “Bild”ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçunun “Real”dan ayrılmaq variantı da yüksəkdir. 

O, Səudiyyə Ərəbistanından gələn təklifləri dəyərləndirə bilər. Belə ki, “Əl-Nəsr” və “Əl-İttihad” klubları Rüdigerə müqavilə təklif edib. Təcrübəli futbolçu DÇ-dən sonra yeni mövsümlə bağlı qərarını açıqlayacaq.

Rüdiger “Ştuttqart”, “Roma”, “Çelsi” klublarında oynadıqdan sonra 2022-ci ildə “Real”a keçib.
 

Xəbər xətti