"Milan" yeni baş məşqçi axtarışında - Alleqri ilə yollar ayrıldı

23:26 - 25 May 2026

"Milan" baş məşqçi postuna namizədlərdən biri ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, bu gün “rossoneri” Massimiliano Alleqrinin istefasını açıqlayıb. Onun rəhbərliyi altında komanda növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməyib.

Milan klubu artıq yayda "Bornmut"dan ayrılacaq Andoni İraola ilə əlaqə saxlayıb.

43 yaşlı mütəxəssislə həmçinin "Bayer" və "Kristal Pelas" da maraqlanır.

Xəbər xətti