"Atalanta" və "Latsio" baş məşqçilərini dəyişə bilərlər.
Sportal.az xəbər verir ki, insayder Fabritsio Romanonun məlumatına görə, Berqamo təmsilçisi Mauritsio Sarrini baş məşqçi təyin etməyə yaxındır. Tərəflər arasındakı danışıqlar artıq yekun mərhələyə çatıb. Bildirilir ki, 67 yaşlı mütəxəssislə müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.
"Atalanta”nın hazırkı çalışdırıcısı Raffaele Palladino da “Latsio”ya keçə bilər. Roma klubunun qısa siyahısında "Kalyari" məşqçisi Fabio Pisakane də yer alır.
Həmçinin, son günlər “Latsio” keçmiş "Napoli" baş məşqçisi Cennaro Qattuzo ilə də əlaqə saxlayıb. “Rino” ləqəbli mütəxəssis daha əvvəl "Torino" ilə danışıqlar aparsa da, maaş məsələsində, xüsusilə də köməkçilərinin əməkhaqqına görə tərəflər razılığa gələ bilməyiblər.
saytlarin hazirlanmasi
