"Beşiktaş" portuqaliyalı müdafiəçini heyətinə qatmaq istəyir

11:50 - 23 May 2026

"Union Berlin"lə müqaviləsi mövsümün sonunda başa çatan Dioqo Leyte karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" portuqaliyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "Sabah" nəşri məlumat yayıb.

İstanbul nəhəngi yayda azad agent statusunda olacaq Leyte ilə danışıqlara başlamağı planlaşdırır. "Everton" və "Real Sosyedad" da 27 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq istəyir.

Qeyd edək ki, "Union Berlin" Dioqo Leyteni 2023-cü ilin yayında "Portu"dan 7 milyon avroya transfer edib. Təcrübəli müdafiəçi başa çatan mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

Xəbər xətti