"Betis"in qapıçısı Adrian San Migel cari mövsümdən sonra karyerasını başa vurmaq qərarına gəlib.
Sportal.az xəbər verir ki, bu barədə futbolçu öz sosial şəbəkə hesablarında məlumat paylaşıb.
39 yaşlı qolkiperin son matçı La Liqanın bu gün saat "Levante"yə qarşı oyunu olacaq.
Adrian bu mövsüm 5 matçda meydana çıxıb, bunlardan birində qapısını toxunulmaz saxlayıb və ümumilikdə 8 qol buraxıb.
İspaniyalı qapıçı "Betis"in yetirməsidir. O, karyerası ərzində "Vest Hem" və "Liverpul"un da şərəfini qoruyub. Təcrübəli "əlcək sahibi" "Liverpul"la 7 titul qazanıb. O, Mersisayd təmsilçisi ilə Premyer Liqa çempionluğu, iki İngiltərə Liqa Kuboku, İngiltərə Kuboku, İngiltərə Superkuboku, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının kubokunu qazanıb.
saytlarin hazirlanmasi
