İngiltərə Premyer Liqasında 2025/2026 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted"in kapitanı Bruno Fernandeş ən yaxşı seçilib. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Portuqaliyalı hücumameeyilli yarımmüdafiəçi qalib olmaq üçün "Arsenal"dan Qabriel Maqalyaes, David Raya və Deklan Rays, "Mançester Siti"dən Erlinq Haland və Antuan Semenyo, həmçinin "Brentford"dan hücumçu İqor Tyaqo və "Nottinqem Forest"dən Morqan Gibbs-Uaytı qabaqlayıb.
Qeyd edək ki, Bruno Fernandeş cari mövsümdə Premyer Liqada meydana çıxdığı 34 matçda 8 qol və 20 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
