"Atletiko"dan Xulian Alvares qərarı

20:50 - 25 May 2026

"Atletiko" bir çox klubun transfer siyahısında yer alan Xulian Alvaresi əldən buraxmaq istəmir.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi argentinalı hücumçuya yeni müqavilə təklif etməyi planlaşdırır. Bu barədə "Cadena COPE" məlumat yayıb.

Klub yeni sözləşmədə Alvaresin maaşını artırmağı nəzərdə tutur. 26 yaşlı forvarda illik 10 milyon avro əməkhaqqı təklif olunacaq.

Qeyd edək ki, "Atletiko" Xulian Alvaresi 2024-cü ilin yayında "Mançester Siti"dən 75 milyon avroya transfer edib. Argentina millisinin üzvü başa çatan mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 49 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti