"Liverpul"la müqaviləsi başa çatan Endryu Robertson Premyer Liqada klubunu dəyişəcək.
Sportal.az xəbər verir ki, şotlandiyalı futbolçu "Tottenhem"lə anlaşıb. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
32 yaşlı sol cinah müdafiəçisi paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Liverpul" Endryu Robertsonu 2017-ci ilin yayında "Hall Siti" 9 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü "qırmızılar"ın heyətində meydana çıxdığı 378 rəsmi matçda 14 qol və 69 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
