AFFA U-17 Liqasında mövsümə yekun vurulub.
Sportal.az xəbər verir ki, 2025/2026 mövsümünün qalibi "Neftçi" olub.
Elvin Məmmədovun baş məşqçisi olduğu "ağ-qaralar" əsas rəqibləri "Sabah" və "Qarabağ"ı geridə qoyaraq çempionluğu rəsmiləşdiriblər.
"Altılıq"da 29 xal toplamış "Neftçi" son turda "Sabah"la 0:0 oynayaraq, kubok və qızıl medallara sahib çıxıb.
Qeyd edək ki, bu, Azərbaycan milli komandasının sabiq futbolçusunun gənc baş məşqçi kimi ilk uğurudur.
saytlarin hazirlanmasi
