"Çelsi" 138 milyon avro olaraq dəyərləndirdiyi oyunçunu satmaq istəmir - "Real"dan təklif gəlsə...

22:30 - 27 May 2026

"Çelsi" yarımmüdafiəçi Enzo Fernandes üçün müəyyən etdiyi məbləği açıqlayıb.

Sportal.az xəbər verir ki, London klubu Argentina millisinin 25 yaşlı futbolçusunu 120 milyon funt-sterlinqə (138 milyon avro) qiymətləndirir. Bununla yanaşı, “zadəganlar” oyunçunu satmaq istəmir. Lakin futbolçunun nümayəndələri ilə yeni müqavilə danışıqlarında da heç bir irəliləyiş yoxdur.

Bildirilir ki, Enzo "Çelsi"dən ayrılmaq istəyir və "Real"dan təklif almağa müsbət yanaşardı. Keçmiş “Çelsi” çalışdırıcısı Enzo Mareskanın tezliklə "Mançester Siti"-yə təyin olunmasına baxmayaraq, Fernandеsin bu klubla heç bir danışığı olmadığı vurğulanır.

Xatırladaq ki, bu mövsüm "Çelsi" Enzonu klubun gələcəyi və fəaliyyəti ilə bağlı açıqlamalarına görə iki oyunluq heyətdən kənarlaşdırmışdı. Dünya çempionu Premyer Liqada keçirdiyi 36 matçda 10 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər xətti