"Neftçi"də üç ayrılıq - RƏSMİ

15:15 - 26 May 2026

“Neftçi” daha üç futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Bakı təmsilçisi ilə Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin arasında başa çatan müqavilələr yenilənməyib. Klub hər üç oyunçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.

2024-cü ilin yayında transfer olunmuş Kuç “ağ-qaralar”ın heyətində 44 rəsmi oyun keçirib, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.

Qeyd edək ki, "Neftçi"nin digər futbolçusu Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.


Xəbər xətti