"Bursaspor"un 5-ci azərbaycanlısı - Türkiyə mətbuatı yazdı

22:22 - 26 May 2026

Türkiyə mətbuatı Azərbaycan milli komandasının müdafiəçisi Toral Bayramovun “Bursaspor”a transferi haqda yazıb.

Sportal.az xəbər verir ki, “Bursa Haber” qəzeti Bayramovun keçidindən yazarkən, onun “Bursaspor”da ilk azərbaycanlı olmadığını qeyd edib:

25 yaşlı futbolçu “Bursaspor”un tarixində beşinci azərbaycanlı futbolçudur. Ona görə də Azərbaycan millisinin daha 4 futbolçusu bu klubun formasını geyinib:

Dəniz Yılmaz (2015-2016)
Özancan Kökçü (2017-2018)
Namik Ələsgərov (2021-2022) 
Ufuk Budak (2021-2022) 

Xəbər xətti