"Turan Tovuz" kolumbiyalı ilə yeni müqavilə imzaladı

18:35 - 27 May 2026

“Turan Tovuz” müdafiəçisi Hayderson Hurtado ilə müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında məlumat verib. Yeni müqaviləyə əsasən, Hurtado 2029-cu il iyunun 30-na qədər “Turan Tovuz”da çıxış edəcək.

Qeyd edək ki, kolumbiyalı futbolçu 2025-ci ildən Tovuz klubunun formasını geyinir. 30 yaşlı futbolçu “Kaskavel”, “Parana”, “Sered”, “Azuriz”, “Yablonets” kimi klublarda çıxış edib.

Xəbər xətti