"Brentford" Almaniya klubunun hücumameyilli yarımmüdafiəçisi Said El Mala üçün 40 milyon avro + 5 milyon bonus təklif edib.
Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu"Köln"dən Premyer Liqa klubuna keçə bilər.
"Bild"in məlumatına görə, təklifdə əlavə şərt də var. "Köln" transferdən 15% satış payı əldə edəcək. Lakin müqavilə bir neçə gün ərzində rəsmiləşməsə, "Brentford" təklifi geri çəkəcək. "Köln" hələ cavab verməyib və futbolçu üçün minimum 50 milyon avro tələb edir.
Qeyd edək ki, El Mala bu mövsüm Bundesligada 34 oyunda 13 qol vurub və 4 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
