İtaliya A Seriyasında baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, "Bolonya" Vincentso İtalyano ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Vincentso İtalyano 2024-cü ilin yayında "Bolonya"nın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Komanda A Seriyasında 2025/26 mövsümünü 56 xalla 8-ci pillədə başa vurub.
saytlarin hazirlanmasi
