Premyer Liqada mövsümün ən yaxşı transferi kim seçiləcək?

13:50 - 28 May 2026

İngiltərə Premyer Liqasının təşkilatçıları mövsümünün yekunlarını vurmağa davam edirlər.

Sportal.az xəbər verir ki, mövsümün ən yaxşı oyunçusu müəyyən edildikdən sonra digər nominasiyalar üzrə qaliblərin seçilməsi üçün namizədlər açıqlanır.

​Onların arasında Premyer Liqa klublarına qoşulan futbolçular arasında ən yaxşı transfer naminasiyası da var.

​Bu dəfə namizədlərin sayı 8 nəfər olub:

​Juan Pedro ("Brayton" - "Çelsi", 63,7 milyon avro) / 35 oyun, 15 qol, 8 məhsuldar ötürmə;
​Qranit Caka ("Bayer" - "Sanderlend", 15 milyon avro) / 34 oyun, 1 qol, 6 məhsuldar ötürmə;
​Rayan Şerki ("Lion" - "Mançester Siti", 36,5 milyon avro) / 33 oyun, 4 qol, 12 məhsuldar ötürmə;
​Adrien Trüffer ("Renn" - "Bornmut", 13,5 milyon avro) / 38 oyun, 1 qol, 5 məhsuldar ötürmə;
​Viktor Dyökereş ("Sportinq" - "Arsenal", 66,9 milyon avro) / 36 oyun, 14 qol, 1 məhsuldar ötürmə;
​Senne Lammens ("Antverpen" - "Mançester Yunayted", 21 milyon avro) / 32 oyun, buraxılan 39 qol, 8 "quru" oyun;
​Antuan Semenyo ("Bornmut" - "Mançester Siti", 72 milyon avro) / 37 oyun, 17 qol, 4 məhsuldar ötürmə;
​Dominik Kalvert-Lyuin ("Everton" — "Lids", azad agent) / 35 oyun, 14 qol, 1 məhsuldar ötürmə.

Xəbər xətti