"Marsel"in futbolçusu Meyson Qrinvud karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Roma" ingiltərəli vingeri transfer etmək istəyir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Fransa klubu Qrinvudu satmağın əleyhinə deyil. Onlar 24 yaşlı oyunçu üçün 60 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Marsel" Meyson Qrinvudu 2024-cü ilin yayında "Mançester Yunayted"dən 26 milyon avroya transfer edib. İngiltərə millisinin sabiq üzvü başa çatan mövsümdə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 26 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
