Slovakiyanın paytaxtı Bratislava şəhərində minifutbol üzrə Avropa çempionatı keçirilir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycan milli komandası ilk oyununa çıxacaq.
Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Avstriya yığması ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Qeyd edək ki, F qrupunda mübarizə aparan millimiz mayın 29-da İtaliya, 30-da isə Fransa ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
