Seneqal milli komandası dünya çempionatının final mərhələsinə hazırlaşır.
Sportal.az xəbər verir ki, Pap Tyav rəhbərlik edir. Lakin ölkənin futbol rəhbərliyi ilə yaşanan fikir ayrılıqları səbəbindən onun hələ fevral ayında başa çatan müqaviləsi yenilənməyib.
Bu səbəbdən seneqallılar, faktiki olaraq, mundialda tamhüquqlu baş məşqçi olmadan çıxış etməyi planlaşdırırlar.
Bundan əlavə, yerli mətbuatın yaydığı məlumata görə, Tyav ilə futbol rəsmiləri arasındakı münaqişə son günlərdə daha da kəskinləşib. Buna səbəb məşqçilər heyətinə olan böyük maaş borcu, məşq bazalarının bərbad vəziyyətdə olması və ABŞ-da keçiriləcək dünya çempionatına səfərin təşkilatçılığının zəifliiyidir.
Məsələ o həddə çatıb ki, bir gün əvvəl baş məşqçi komanda ilə birlikdə mundiala yollanmaqdan imtina edib. Yalnız Seneqal Futbol Federasiyası prezidentinin birbaşa müdaxiləsindən sonra Tyav nəhayət, nümayəndə heyətinə qoşulmağa razılıq verib.
Xatırladaq ki, Seneqal yığması dünya çempionatında Fransa, Norveç və İraqla eyni qrupda mübarizə aparacaq.
saytlarin hazirlanmasi
