Neymarın durumu Braziliya milli komandasının düşərgəsində narahatlıq yaradıb.
Sportal.az xəbər verir ki, "Santos"un futbolçusunun zədəsinin gözləniləndən daha ciddi olduğu ehtimal olunur. Bu barədə "Globo" nəşri məlumat yayıb.
Neymar komandanın mundial öncəsi Panama və Misirə qarşı keçiriləcək yoldaşlıq oyunlarında iştirak etməyəcək. 34 yaşlı vinger daha detallı şəkildə tibbi müayinədən keçəcək. Onun dünya çempionatında iştirak edib-etməyəcəyi bundan sonra məlum olacaq.
Qeyd edək ki, Braziliya seçməsi DÇ-2026-nın final mərhələsinin C qrupunda Mərakeş, Haiti cə Şotlandiya ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi
